30 yaşlı irlandiyalı döyüşçü Konor MakQreqor karyerasını başa vurub.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, bu barədə idmançı özü “Twitter” səhifəsində məlumat verib. 

"Dostlar, kiçik bir elanım var. Bu gündən etibarən MMA karyeramı bitirdiyimi açıqlayıram. Məsləkdaşlarıma qarşıdakı mücadilələrdə uğurlar arzulayıram".

Qeyd edək ki, MMA-da 21 qələbəyə nail olaraq 4 dəfə məğlub olmuş Konor MakQreqor ötən ilin oktyabrında yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova uduzub.