Gəncədə 19 yaşlı qız bıçaqlanıb.

Unikal.org ona-ya istinadən məlumatına görə, şəhər sakini 19 yaşlı Nazpəri Əliyeva bıçaqlanma ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, ona sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarasının diaqnozu qoyulub. Yaralı əməliyyat edilib, vəziyyəti orta ağır olaraq qalır.

N. Əliyevanın necə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.