19 İyul 2019
Daha bir piyadanı maşın vurdu
Daha bir piyadanı maşın vurdu HADİSƏ 16:03 2019-03-26

Zabratda "VAZ-2107" piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, martın 25-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Abuzərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Dilarə Səlimovanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.