Bakıda orta məktəbdən oğurluq edən şəxs saxlanılıb.

Daxil İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 25-də rayonun 20 Yanvar küçəsində yerləşən orta məktəbdən 3 ədəd noutbuk, 2 ədəd proyektor, 2 ədəd sürətçıxaran, 2 ədəd istilik radiatoru, 4 ədəd səsgücləndirici və digər məktəb ləvazimatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Cavadov saxlanılıb.