Martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri  RPŞ-yə ərizə ilə müraciət edib həmin gün  saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılmış, ondan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülmüşdür.

Araşdırma aparılır.