Türkiyənin ayseri şəhərindəki hava limanında atışma olub.

Unikal.org "Habertürk"ə istinadən xəbər verir ki, atışma zamanı təhlükəsizliyi təmin edən bir neçə polis əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları və polis əmədaşları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.