Bir müddət əvvəl “Qarabağ”dan ayrılan Ansi Aqollinin “Nyu York Kosmos” klubuna keçidi rəsmiləşib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb. Aqolli ilə imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

Albaniyalı müdafiəçi yeni klubuna keçidi haqda bunları deyib:

“Burda özümü rahat hiss edirəm. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada amerikan futbolu deyəndə ağla ilk olaraq “Kosmos” gəlir. Bu komandanın ənənələrini bilirəm. Kömək etmək və həmin ənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəm”.

Aqolli 2010-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.