26 Aprel 2019
Müğənni keçmiş ərini məhkəməyə verdi - Uşaqlarının fotosuna görə
Müğənni keçmiş ərini məhkəməyə verdi- Uşaqlarının fotosuna görə MƏDƏNİYYƏT-ŞOU 20:10 2019-03-26

Məşhur müğənni Gülben Ergen keçmiş həyat yoldaşı Erhan Çeliki məhkəməyə verib.  Gülbenin belə bir addım atmasına səbəb E.Çelikin onun şəxsi həyatıyla bağlı foto paylaşaraq ictimailəşdirməsi olub. 

Unikal.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Erhana 2 il həbs cəzası verib. Daha sonra həmin cəza “Yaxşı hal endirimi” deyə, 1 il 8 aya endirilib. Hakim cəzanın 5 il sonraya ertələnməsinə qərar verib.

Erhan Çelik 5 il polis nəzarətində olacaq.

Qeyd edək ki, o, Ergenin uşaqlarının özəl görüntülərini sosial şəbəkədə yayımlamışdı.