Türkiyədə növbəti kömür faciəsi baş verib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonquldaq vilayətində kömür mədəni çöküb.  Hadisə nəticəsində 4 işçi ağır yaralanıb. 

Çökməyə səbəb mədənin tavanından kömür və daşların aşması olub. Ölənlərin olması ilə bağlı məlumat yoxdur. 

Ereyli Dövlət Xəstəxanasına yerləşdirilən işçilərin vəziyyəti hazırda qənaətbəxş hesab edilir.