Paytaxtın Xəzər rayonunda qoyun oğurlayan şəxs saxlanılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 1-ci şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də və 15-də rayon ərazisindəki iki həyətyanı sahədən 5 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.