Bakıda dələduzluqla məşğul olan qızlar peyda olub.

Unikal.org xəbər verir ki, qızlar paytaxtın müxtəlif rayonlarındakı yaşayış binalarında mənzillərdən yardım adı altında pul yığırlar. Həmin qızlar Xocasən qəsəbəsində yerləşən 103 nömrəli məktəbin şagirdləri olduqlarını və xəstə məktəbli üçün yardım lazım olduğunu bildirirlər.

Binəqədi rayonu 103 nömrəli tam orta məktəbin direktoru Səma Həziyeva Unikal.org-a açıqlamasında məsələdən xəbərdar olduğunu bidirib:

"Sözügedən qızlardan xəbərimiz var. Onlar bizim məktəbin şagirdi deyirlər. Həmin qızlardan biri vaxtı ilə məktəbimizin şagirdi olub. Amma sonradan o məktəbimizdən çıxıb. Vətəndaşları isə bu cür məsələlərdə diqqətli olmağa çağırırıq. Bu qızlar sadəcə məktəbin adından istifadə edirlər."

Qeyd edək ki, həmin qızların sosial şəbəkədə iki görtüntüsü yayılıb. Görüntülərin birində onların mənzillərdən pul yığdığı əks olunub. Digər videoda isə həmin qızlar ifşa olunur və onlarda olan yazılı kağızda kimlərdən nə qədər pul aldıqları qeyd olunub. Videoda qeyd olunur ki, qızlar Zaur Baxşəliyev və Xoşqədəm Baxləliyevanın adından pul yığırlar.

Famil Fərhadoğlu