Qaxda iki yük maşını toqquşub.
Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralının 96 kilometrliyində, Qax rayonunun Qorağan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan Türkiyə vətəndaşı, 1965-ci il təvəllüdlü Məhəmməd Kaynarın idarə etdiyi 53-K-40-60 dövlət qeydiyyatı nömrə nişanlı "MAN" markalı yük avtomobili onunla eyni istiqamətində hərəkətdə olan 1975-ci il təvəllüdlü Kaya Çalışkanın idarə etdiyi 76-DS-713 dövlət qeydiyyatı nömrə nişanlı "Mercedes" markalı yük avtomobilini arxadan vurub. Nəticədə M.Kaynar aldığı müxtəlif növ bədən xəsəratləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qarın boşluğunda qanaxma olan sürücü dərhal əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
"Mercedes"in sürücüsü Kaya Çalışkan Türkiyədən gəldiklərini və 4-5 yük maşını olduqlarını bildirib. O, qəzaya səbəb kimi M.Kaynarın sükan arxasında yuxulu olmasını göstərib.
Faktla bağlı araşdırma aparılır.