Bir zamanlar Türkiyənin “Qalatasaray” klubunda da çıxış etmiş rumıniyalı futbolçu Qabriel Tamas İsraildə saxlanılıb.

Unikal.org xəbər verir ki, hazırda Hayfa “Hapoel” klubunda  forma geyinən müdafiəçi içkili halda avtomobil idarə etdiyinə görə cəzalandırılıb. O avtomobilini saatda 205 km sürətlə sürdüyü sübuta yetirildiyi üçün, İsrail məhkəməsi tərəfindən 30 günlük həbs cəzasına məruz qalıb.

Rumıniya yığmasında 65 oyuna çıxan Tamas, karyerası ərzində “Hapoel” və “Qalatasaray”dan başqa, Buxarest “Dinamo”sunda, Moskva “Spartak”ında, “Vest Bromviç”, “Uotford”, “Oser”, “Kardiff Siti” kimi klublarda da forma geyinib.