Biləsuvar rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar, Sabirabad rayon sakinləri A.İsmayılovdan və N.İsmayılovdan 7 kiloqram 490 qram tiryək götürülüb.