21 Avqust 2019
20 Avqust 2019
Bakıda yeni bank dələduzluğu - VİDEO
Bakıda yeni bank dələduzluğu -VİDEO VİDEO 23:07 2019-03-28

Xarici ölkədə fəaliyyət göstərən bank adından Bakıda vətəndaşa qarşı dələduzluq etmək istəyiblər. Hadisə Yardımlı sakini Nail Ağaverdiyevin başına gəlib.

Unikal.org xəbər verir ki, “Xəzər xəbər”ə müraciət edən həmin şəxsin sözlərinə görə, bir neçə gün əvvəl sosial şəbəkədə ona Samira adlı bir qadın yazıb. Qadın Fransadakı banklardan birinin əməkdaşı olduğunu deyərək, Nail Ağaverdiyevə kredit götürməyi təklif edib. Nail Samira adlı qadından 5 min dollar götürmək istədiyini deyib. Qadın onunla türk dilində yazışdıqdan sonra mobil telefon nömrəsini istəyib.

Bir neçə dəqiqə sonra ''+229 60 46 11 22'' nömrəli mobil telefondan Nail Ağaverdiyevə ''votsap''dan mesaj gəlib. Özünü Fransada bank müdri kimi qələmə verən şəxs Nail Ağaverdiyevin ad və soyadına yazılmış və möhürlü bir müqavilə sənədi göndərib. Məlumat verib ki, həmin müqavilə sənədini çap edərək imzalasın və təkrar mobil telefon vasitəsilə şəklini çəkib onlara göndərsin. Ardından isə 143 dolları ödəmək üçün bir hesab nömrəsi göndərib.

Nail Ağaverdiyev bunun bir dələduzluq olduğunu anlayıb və tələb edilən məbləği göndərməyib. Araşdırma zamanı məlum olub ki, həmin mobil nömrə Afrika qitəsində yerləşən Benin Respublikasına məxsusdur. Hüquqşünas Anar Ramazanov xarici ölkədə olan hansısa bir bankın telefon vasitəsilə yazışaraq vətəndaşa kredit verməsinin mümkün olmadığını deyir.

Hüquqşünas bu kimi faktla üzləşən şəxslərə ərazi üzrə polis idarəsinə müraciət etməyi tövsiyyə edir.