Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb. 

Unikal.org  xəbər verir ki, komandamız Sloveniyanın Podçetrtek İdman Sarayında Hollandiya ilə qarşılaşıb. Görüş hollandların 6:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, yığmamız ilk görüşdə Kiprə 1:7 hesabı ilə məğlub olmuşdu.