Bu gün İtaliya A Seriyasında 29-cu tura start veriləcək.

Unikal.org xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Autsayder “Kyevo” “Kalyari” ilə üz-üzə gələcək.

Bu turda lider “Yuventus” “Empoli” ilə, “Milan” isə “Sampdoriya” ilə qarşılaşacaq.

29-cu turun maraqla gözlənilən qarşılaşması Milan şəhərində keçiriləcək. “İnter” öz meydanında “Latsio”nu qəbul edəcək.

Turun mərkəzi görüşü Romada keçiriləcək. Turnir cədvəlində ikinci sırada qərarlaşan “Napoli” “Roma” səfərinə yollanacaq.

İtaliya A Seriyası, 29-cu tur

29 mart

23:30 Kyevo – Kalyari

30 mart

18:00 Udineze – Cenoa
21:00 Yuventus – Empoli
23:30 Sampdoriya – Milan

31 mart

14:30 Parma – Atalanta
17:00 Roma – Napoli
17:00 Fiorentina – Torino
17:00 Frozinone – SPAL
20:00 Bolonya – Sassuolo
22:30 İnter – Latsio