"Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib"

Unikal.org xəbər verir ki, bu fikirlər ATƏT-in Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşü ilə bağlı bəyanatda qeyd olunub. 

Bildirilib ki, ölkə başçıları görüşdə nizamasalma prosesinin əsas məsələləri üzrə fikirlər və ideyalar ətrafında müzakirələr aparıblar. 

"Hər iki lider sülhə imkan yaradan vəziyyətin yaradılması və münaqişənin dinc yolla həllinin tapılması üçün danışıqlar prosesində konkret və hiss olunan addımların qəbulunun əhəmiyyətini vurğulayıblar", - deyə bəyanatda qeyd olunub.