Türkiyənin Bingöl vilayətində 4,5 bal gücündə zəlzələ olub.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələ iyunun 10-da gecə saatlarında baş verib.
Yeraltı təkanların ocağı 6, 78 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar haqda məlumat yoxdur.