Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də “Toyota” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılıb.

Araşdırma aparılır.