"Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubunun heyətindəki ən yaxşı qolunu açıqlayıb.

Unikal.org-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı superulduz 2010-2011 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"ın qapısına vurduğu topu digərlərindən üstün tutub.

Həmin qol kataloniyalı azarkeşlər arasında keçirilən səsvermədə 3-cü olub. Fanatlar Messinin 2006-2007 mövsümündə İspaniya kubokunun yarımfinalında "Xetafe"yə vurduğu qolu isə ən yaxşı seçiblər.