İngiltərə Premyer Liqasında XXXII turun iki oyunu keçirilib.

Unikal.org-un məlumatına görə, hər iki matçda eyni nəticə qeydə alınıb.

İkinci oyun günü Kardiffdə başlayıb. Səfərdə oynayan “Çelsi” məğlub duruma düşdüyü qarşılaşmada “Kardiff”in qapısından iki top keçirə bilib. Qələbə sayəsində londonlular paytaxtın digər komandası “Arsenal”a çatıblar.

Turun mərkəzi oyununda “Liverpul” “Tottenhem”i qəbul edib. Roberto Firmino matçın əvvəlində meydan sahiblərini irəli çıxarıb. Lukas Mouranın vurduğu bərabərlik qolundan sonra irəli atılan liverpullular sonda avtoqol sayəsində qələbə qazanıblar.

Bu, Yurgen Kloppun yetirmələrinin zirvəyə yüksəlməsi üçün yetərli olub. Lakin iki xal geridə olan “Mançester Siti”nin ehtiyatda bir oyunu var.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.