“Real”ın keçmiş baş məşqçisi Santyaqo Solari ilə problem yaşadığı üçün “Yuventus”a transfer olunacağı deyilən Marselo qərarını verib.

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, Zinəddin Zidanın yenidən “kral klubu”nun “sükanı arxasına” keçməsi ilə braziliyalı futbolçu “Yuventus”a transfer olunmaqdan imtina edib. 30 yaşlı futbolçunun “qoca sinyora” ilə şifahi razılıq əldə etdiyi, amma sonradan qərarını dəyişdirdiyi bildirilir.

“Real”la 2022-ci ilədək müqaviləsi olan müdafiəçi, bu mövsüm iştirak etdiyi 26 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə verib.