“Barselona”nın ulduzu Messi 2018/2019-cu il mövsümünün ən çox məvacib alan futbolçusudur.

Unikal.org xəbər verir ki, bu barədə “France Football” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Argentina millisinin hücumçusunun cari mövsüm ərzində gəlirləri 130 milyon avrodur.

Ən çox gəlir götürən futbolçuların siyahısında ikinci yerdə Kriştianu Ronaldu gəlir. Onun bir il ərzində gəlirinin 113 milyon avro artdığı bildirilir.

"İlk beşlik"də  PSJ-dən Neymar (91 milyon avro), “Atletiko”dan  Antuan Qrizmann (44 milyon avro), “Real”dan Qaret Beyl (40,2 milyon avro) yer alıb.

Ən çox gəlir gətirən məşqçinin isə Madridin “Atletiko” klubunun çalışdırıcısı Dieqo Simeone olduğu bildirilir. 2018/2019-cu il mövsümündə onun gəlirləri 41 milyon avro təşkil edib.