Bakıda maşın yoldan keçən uşağı vuraraq öldürüb.
 
Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 10-da saat 17 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Yusif Bayramov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən qəsəbə sakini azyaşlı Məryəm Novruzovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. 
 
Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.