Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, ümumi sahəsi 400 m² olan tikilinin (sex kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin içərisində tutumu 400 litr olan 19 ədəd çəllək deformasiyaya uğrayıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.