Aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manatı aparıb.
DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, 28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.