Cəlilabad rayonunda qardaşlar arasında dava olub.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Əsəd Kürşad oğlu Səfərov qardaşı tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.