Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin Comərt Qəssab türbəsinin yaxınlığında baş verib.

Belə ki, tikinti aparılan ərazidə 1969-cu il təvəllüdlü İlham Rza oğlu İsgəndərov dağıntı altında qalaraq ölüb.

Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.