İtaliya A seriyasında XXX tura start verilib.

Unikal.org-un məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

“Milan” öz meydanında “Udineze”ni qəbul edib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan milanlılar ev oyunundan xal itkisi ilə ayrılıblar – 1:1.

A seriyasının lideri “Yuventus” isə növbəti qələbəsini qazanıb. Turin təmsilçisi səfərdə “Kalyari”ni məğlubiyyətə uğradıb – 2:0.

Qeyd edək ki, turun digər oyunları aprelin 3-4-də keçiriləcək.