Bakı şəhəri, Nəsimi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə Bülbül prospekti ilə Füzuli küçələrinin kəsişməsində qeydə alınıb. “Mercedes” və “BMW” markalı avtomobillər toqquşub. Xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Hazırda ərazidə nəqliyyatın sıxlığı müşahidə olunur.