Bakıda təcili tibbi yardım avtomobili qəza törədib.

Unikal.org Trend-ə istinadnən xəbər verir ki, hadisə bu gün Ziya Bünyadov prospektində baş verib. Şahidlərin sözlərinə görə, təcili yardım avtomobili işıqforun qırmızı işığında keçmək istəyərkən minik maşını ilə toqquşub, sonra dirəyə çırpılıb.

Səhiyyə Nazirlyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, qəzada xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.