Gürcüstan polisi İnterpolun Ukrayna bürosu tərəfindən axtarışda olan Ukrayna vətəndaşını Gürcüstan-Azərbaycan sərhədində saxlayıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildiriblər.
Ukrayna vətəndaşı Gürcüstandan Azərbaycana keçmək istəyərkən saxlanılıb. O, qəsdən ağır bədən xəsarətlərinin yetirilməsində şübhəli bilinir və ötən ilin dekabr ayından axtarışda olub.
Hazırda saxlanılan şəxsin Ukraynaya ekstradisiyası üçün gərəkli tədbirlər görülür.