Şəmkir rayonunda "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Salyan rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.