Xalq artisti Zülfiyyə Xanbabayevaya qarşı oğurluq edilib. 

Unikal.org ONA-ya istinadən xəbər verir ki, müğənni faktla bağlı polisə müraciət edib. 

Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib.

Müğənni, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.