Aktyor cütlük Pelin Akil və Anıl Altan sosial şəbəkədənin ən aktiv istifadəçilərindəndir. 

Unikal.org türk mediasına istinadən xəbər verir ki, cütlük həyatında baş verən bütün hadisələri izləyiciləri ilə bölüşür. Akil son etdiyi paylaşımla izləyicilərini həyəcanlandırıb. 

Altan ilə bazar günü səhər yeməyinə gedən Akil evə qayıdarkən bir cinayətin şahidi olduqlarını açıqlayıb. 

"Əvvəlcə Bağdat küçəsində silahla bir adam bir adamı vurdu, çox yaxınımızda. Adam elə hadisə yerində öldü. Allahın verdiyi cana bir başqasının son verməsi bu qədər asandır? Çox qorxunç və üzücü. Allah hər kəsin içinə gözəllik versin" deyə, aktrisa paylaşımında qeyd edib. 

Hamilə olan Pelin çox pis anlar yaşadığını söyləyib.