Şəkidə 66 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində baş verib. Kənd sakini, 66 yaşlı Nərminə Qarayevanın meyiti bu gün səhər saatlarında yaşadığı evin həyətyanı sahəsindəki xəndəkdə tapılıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, dialez xəstəliyindən əziyyət çəkən N.Qarayeva ötən gün axşam saatlarında xəstəxanadan evə qayıdarkən xəndəyə yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.