Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səiri Lətif Qəndilov qol saatını Minsk şəhərinin hava limanındakı biznes-zalda unudub.

Unikal.or virtualaz.org-a istinadən xəbər verir kisaatı 37 yaşlı Ukrayna vətəndaşı görüb və götürüb. Hazırda onun barəsində cinayət işinə başlanıb.

Belarus DİN-in bu gün yayımladığı rəsmi məlumatına görə, ukraynalı görüb ki, səfir saatını unudub və onu götürüb: “Saatın itməsi ilə bağlı ərizə verildikdən sonra bir neçə saat ərzində polis əməkdaşları şübhəli şəxsi müəyyənləşdiriblər və oğurlanmış əşyanı sahibinə qaytarıblar. Faktla bağlı cinayət işinə başlanıb”.

Azərbaycanlı diplomat Belarus daxili işlər naziri İqor Şevçuka minnətdarlıq məktubu yollayıb.