Bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın özünü binadan atma anı məktəbin təhlükəsizlik kamerasına düşüb.

Unikal.org  xəbər verir ki, həmin anın videosu yayılıb. Qeyd edək ki, 14 yaşlı Elina Hacıyeva özünü məktəbin üçüncü mərtəbəsindən atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib. 

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.