Hadisə gecə saatlarında baş verib

Unikal.org Baku.tv-yə istinadən xəbər verir ki, ailə münaqişəsi zəminində baş verən hadisə Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Hadisə zamanı gəlin 1959-cu il təvəllüdlü qaynanasına - İsayeva Sara Abbas qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.