Bakıda yataqxana binasında baş verən yanğın zamanı 7 nəfərə tibbi yardım göstərilib.

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

Onlardan 3-ü qadın, 3-ü kişi, 1-i uşaqdır.
 

***

Bakıda məcbiri köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində binanın damında meydana gələn yanğın söndürülüb.

11:55

Xəbər verdiyimiz kimi, Bakıda Babək prospektində yerləşən yataqxana yanır.

Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 5-ci mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

11:33

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.