Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Unikal.org-un məlumatına görə, aprelin 10-da qızılın qiyməti aprelin 9-u ilə müqayisədə 5,2785 manat artaraq 1 unsiya üçün 2214,2415 manat təşkil edib.

Gümüş 0,1211 manat ucuzlaşaraq 1 unsiya üçün 25,824 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 21,08 manat azalaraq 1514,717 manat, palladiumun qiyməti isə 18,156 manat artaraq 2363,425 manat təşkil edib.