Bakıda axtarışda olan şəxs saxlanılıb.

Unikal.org-un məlumatına görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Xaspolad Rzayev ölkədən qaçmaq istəyərkən Heydər Əliyev Hava Limanında saxlanılıb.

Qeyd edək ki, X.Rzayev işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilir.