Bu gün axşam saatlarında Neftçala rayonunun Qaçaqkənd kəndində yerli sakin Rahim Muradova məxsus fərdi yaşayış evində yanğın olub.

Unikal.org  virtualaz.org-a istinadən xəbər verir ki, yanğın baş verərkən ev sahibinin övladının qonşu kənddəki şadlıq evində toyu olduğundan, evdə heç kəs olmayıb.

Yanğın kənd sakinlərinin və hadisə yerinə gəlmiş FHN yanğınsöndürənlərinin köməkliyi ilə lokallaşdırılsa da, ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının hansı səbədən baş verməsinə görə araşdırmalara başlanılıb.