Bakının Xətai rayonunda Babək prospekti, 90, mənzil 25-də yaşayan iki qardaş ölüb.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, ölənlər 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovlardır.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyərək bildirib ki, hadisə yerinə təcili yardım çağırılıb. 

Təcili yardıma zəng edən mərhumların bacısı olub.

Hadisə barədə Xətai Rayon Prokururluğu məlumatlandırılıb.