Şirvan rayon sakini həyat yoldaşını bıçaqlayıb.

Unikal.org-un ona-ya istinadən məlumatına görə, hadisə saat 22:00 radələrində Şirvan şəhəri, H.Əliyev prospekti 5, mənzil 25-də qeydə alınıb.

Həmin mənzildə yaşayan Şirvan sakini, 1988-ci il təvəllüdlü İbişov Elvin Əlifağa oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü İbişova Fəridə Marif qızını bıçaqayıb. Başından və çiynindən çoxsaylı bıçaq xəsarətləri alan qadın Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. E.İbişov özü isə könüllü polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.