Bərdə rayonunda fərdi yaşayış evi yanıb.

Unikal.org bildirir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Kənd sakini Şəhla Adıgözəlovaya məxsus ev yanaraq kül olub. Hadisə zamanı evin bütün əşyaları yanıb. Yanğına elektrik naqillərində qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

Hadisə zamanı ev sahibi Ş. Adıgözəlova evdə olmayıb. Tək yaşayan qadın zibil atmağa getdiyini söyləyir.