Bakı sakini dava zamanı bıçaqlanıb. Hadisə Binəqədi rayonunda baş verib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, 8-ci mikrorayonda qeydə alınmış hadisə zamanı 1971-ci il təvəllüdlü Alman Tərlan Mirəhməd oğlu iki nəfərlə dava edib. O, dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Müəyyən edilib ki, onun bədəninə 3 bıçaq xəsarəti yetirilib.

Fakt Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən araşdırılır.