Bakının Məhəmmədli kəndində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir i, 1996-cı il təvəllüdlü Agayev Əhməd Tofiq oglu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə "Güllücə" kafesi adlanan ərazidə baş verib. Yaralı dərhal 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Ona bədənin çox saylı yaraları diaqnozu qoyulub, vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.