Müğənni Şəbnəm Tovuzlu hicab geyinib.

Unikal.org xəbər verir ki, ifaçı Təbrizdə baş tutacaq konsert üçün hicaba bürünüb. Müğənni sosial şəbəkədə yeni fotolarını paylaşaraq konsertə hazırlaşdığını bildirib:

"Təbrizdə böyük konsert təşkil olunub. Mən də dəvətliyəm. Onlar bizim səhnəyə hicabda çıxmağımızı və öncədən hazırlıq prosesindən foto göndərməyimizi istəyiblər. Biz də həm konsertə hazırlaşdıq, həm də fotolar çəkdirdik. Mənimlə yanaşı Damla xanıma da təklif göndəriblər. Məncə, ikimizə də hicab yaraşıb. Allah bütün qadınlara hicab geyinməyi qismət etsin".